eşşəyin dal ayağı

dimwit / imbecile / Cf. as dull as a Dublin University graduate тупой, как у воробья колено (очень туго соображающий)
eşşəyimin qurd dayısı
eşşəyin ölüb (artıq çox gecdir)
OBASTAN VİKİ
Dal
Dal (həmçinin дал, даал; hind. दाल, kann. ತೊವ್ವೆ) - hind mətbəxinin milli şorbasıdır. == Etimologiyası == Bu söz (dāl) ilk dəfə Sanskrit regionunda işlənib, mənası ayırmaq deməkdir. == Tərkibi == Hind mətbəxinə məxsus lobyadan ibarət vegetirian şorba-puredir. Şorbanı hazırlayarkən ona toz darçın, kokos südü, limon şirəsi, pomidor, sarımsaq və qızardılmış soğan əlavə edilir. Serviz zamanı onu müxtəlif buğda məhsullarından, o cümlədən qırmızı mərci, xırda lobya, maş, qoyunnoxudu və göyərçin noxudu istifadə edilir. == Qidalanma == Yeməyin 100 qr tərkibində 9% protein, 70% su, 20% karbohidrat (8% lif daxildir) və 1% yağ vardır.
Cökətəy Ayağı
Cökətəy Ayağı (qaraç.-balk. Джёгетей Аягъы, Cögetey Ayağı) — Rusiyanın Qaraçay-Çərkəz Respublikasında şəhər. ŞəhərQafqaz dağlarının ətəyində Kuban çayının sahilində yerləşir. Əhalisi 2010-cu ilin məlumatına görə 30,566 nəfərdir.
Ayağı açıqrəngli birəcik
Ayağı açıqrəngli birəcik (lat. Phyllotreta nemorum) — Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir. == Quruluşu == Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir. Hər qanadın üstündən sarı xətt keçir. Bədənin uzunluğu 2,5-3,5 mm-dir. Bu cinsin növləri dal ayaqları üzərində tullanırlar. == Yayılması == Azərbaycanda az yayılmışdır. Bu növə respublikanın Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Şirvan və Lənkəran-Astara zonalaraında rast gəlmək olar. == Nəsilvermə və İnkişafı == Uzunsov və açıq sarı rəngli yumurtalarının uzunluğu 0,3-0,4 mm, eni 0,1-0,2 mm-dir. Sürfələrin inkişafı 15-30, pupların inkişafı 6-15 gün davam edir.
Roald Dal
Roald Dal (13 sentyabr 1916[…], Llandaf[d], Kardiff, Birləşmiş Krallıq – 23 noyabr 1990[…], Oksford) — Uelsli roman və qısa hekayələr yazıçısıdır. Norveçli bir ailənin uşağı olaraq Llandaff Kardiff Uelsdünyaya gələn Dal, 1940-cı illərdə yazdığı xüsusilə uşaqlara istiqamətli kitablarla ən çox satan yazarlar arasına girmişdir. Çarli və şokolad fabriki adlı kitabı mükafat qazanmışdır. Bu mükafatlar cəmdə dörd dənədir. Çarli və şokolad fabriki adlı kitabından sonra Çarlinin Böyük Şüşə Lifti adlı kitabını yazmışdır. Seriyanın üçüncü kitabını da yazmaq istəmişdir, lakin bitirə bilməmişdir.
Vladimir Dal
Vladimir İvanoviç Dal (rus. Влади́мир Ива́нович Даль; 10 (22) noyabr 1801[…], Luqansk, Yekaterinoslav quberniyası, Rusiya imperiyası[…] – 22 sentyabr (4 oktyabr) 1872[…], Moskva[…] ) — məşhur rus dilşünası, yazıçısı, lüğətçisi, etnoqrafı Ən azı 12 dil, həmçinin türk dillərini də bilirdi. O ilk türkoloqlardan biri sayılır. 4 oktyabr 1872-ci ildə Moskvada vəfat edib və Vaqankovskom qəbiristanlığında dəfn olunmuşdur. "Rus dilinin izahatlı lüğəti", 4 cilddə. (1863–1866-cı illər) "Mədəniyyət – işlədilmə, becərmə, üzərində çalışmadır, bu əqli və əxlaqi savaddır".
Rayan Dal
Rayan Dal (ing. Ryan Dahl) — Node.js və Deno iş mühitlərini yaratmağı ilə tanınan amerikalı proqram mühəndisi. Dal San-Dieqoda doğulub və böyüyüb. Onun texnologiya ilə ilk təcrübələrindən biri anasının altı yaşında ikən aldığı Apple IIc ilə olmuşdur. Dal San-Dieqoda icma kollecində oxuyub. Ali təhsilini San-Dieqo Kaliforniya Universitetində riyaziyyat üzrə alıb. O, Roçester Universitetində riyaziyyat üzrə magistratura məktəbində oxuyub və burada bir neçə il ərzində "çox abstrakt və gözəl" hesab etdiyi cəbri topologiyanı öyrənib, lakin sonradan "real həyata o qədər də uyğun olmadığı üçün" ondan bezib. Dal məktəbi bitirdikdən sonra fəlsəfə doktoru dərəcəsi üçün oxumağa davam edib, lakin ömrünün qalan hissəsini riyaziyyata həsr etmək istəmədiyi üçün daha sonra imtina edib. Bunun əvəzinə o, Cənubi Amerikaya gedib və burada Ruby-də veb-proqramlar hazırlamağa başlayıb. 27 may 2009-cu ildə Dal öz layihəsini, Node.js iş mühitini buraxıb.
Dal Monte Toti
Dal Monte Toti ing. Antonietta Meneghel;27 iyun 1893[…] – 26 yanvar 1975[…] — italyan müğənnisi,(soprano), dramatik aktrisa == Həyatı == Dal Monte Toti 27 iyun 1893-cü ildə Molyano-Venetoda anadan olub. === Vəfatı === 26 yanvar 1975-ci ildə Trevizo əyalətinin Pyeve-di-Soliqo şəhərində vəfat edib. == Fəaliyyəti == === Səhnə fəaliyyəti === Dal Monte Toti 27 iyun 1893-cü ildə Molyano-Venetoda anadan olub. Venesiyada B.Markizodan dərs alıb. Debütü 1916-cı ildə "La-Skala" (Milan) teatrında Byankafyore (R.Dzandonai, "Françeska da Rimini") metso-soprano partiyasında olmuşdur. 1917-ci ildən soprano partiyalarında çıxış etmişdir. İtaliyanın ("La Skala", 1922–32) və dünyanın aparıcı teatrlarının ("Kolon", Buenos-Ayres, 1923; Paris operası,1924–25-ci il; "Koventi-Qarden", London,1925) səhnələrində çıxış etmiş,öz dövrünün ən yaxşı lirik soprano müğənnisi kimi tanınmışdır. C.Rossini, V.Bellini, Q.Donisetti, C.Verdi ("Riqoletto operasındakı" Cilda partiyası ilə məşhurlaşmışdır), C.Puççini və U.Cordanonun operalarında çıxış etmişdir. Puççinin "Madam Batterflyay" operası onun iştirakı ilə saxlanılmış az sayda audioyazılarındadır (1939,B.Cili ilə duet, tamaşa bütövlükdə yazıya alınmışdır,dirijor T.Serafin).
Dal Riada krallığı
Dal Riada və ya Dalriada (ortagel: Dál Riata) — erkən orta əsrlərdə Şotlandiyanın qərb sahillərini (müasir Arqayl-end-Büt və Haylendin cənub əraziləri, eləcə də Xarici Hebrid adaları) və İrlandiyanın şimalını (indiki Antrim qraflığının əraziləri) idarə etmiş tarixi gel krallığı. Krallığın əsas yaşayış məntəqəsi Dunadd qalası idi. Dal Riada və şotland tayfaları (Tuat) haqda ilk məlumat 314-cü ildə verilir. V əsrin axırlarında Dal Riadanın İrlandiya qisminin əhalisi çoxalmışdı, buna görə də irlandlar Dal Riadanın Böyük Britaniya qisminə köçdülər. Bu ərazi Şotlandiya Dal Riadası olaraq bilinir. 843-cü ildə Dalriada kralı Kennet mak Alpin Piktaviyanı ihlaq etmiş, Şotlandiya krallığını qurmuşdur. == Etimologiya == Dál Riata adı qədim irland dilindən törəyib. Dál ingilis dilindəki Dole, alman dilindəki Teil, fransız dilindəki Taille, italyan dilindəki Taglia və latın dilindəki Tāliō sözləriylə eyni mənanı kəsb edir. Söz pay, hissə, qisim mənasını verir (burada: "torpağın bir qismi"). Riata və ya Riada şəxs adı olduğuna inanılır.
Dal qamış arteriyası
== İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Jozef Dal Abako
Jozef Mari Klement Ferdinand Dal Abako (fr. Joseph Marie Clément Ferdinand dall` Abaco; 27 mart 1710 və ya 1709, Brüssel – 31 avqust 1805) — Belçika bəstəkar] və violençi. Brüsseldə anadan olub, atası, italyan bəstəkarı və skripkaçısı Evaristo Feliçe Dal Abako ilə musiqi təhsili almışdır. On doqquz yaşında Abako Bonn kürfüstünün xidmətinə girmiş və onun saray orkestrində ifa etməyə başlamışdır. 1738-ci ildə orkestrin rəhbəri təyin edilmişdir. 1740-cı ildə İngiltərəyə səyahət etmişdir. 1749-cu ildə Vyanada beş violonçel üçün konsert proqramı ilə çıxış etmişdir. 1753-cü ildə Veronaya köçdü və burada Filarmoniya Akademiyasının üzvü kimi çalışmışdır. 1766-cı ildə Bavariya şahzadəsi Maksimilian ona baron titulu vermişdir. O, 95 yaşında Verona yaxınlığındakı malikanəsində vəfat etmişdir.
Ole-Yohan Dal
Ole-Yohan Dal (ing. Ole-Johan Dahl; 12 oktyabr 1931, Mandal[d], Vest-Aqder[d] – 29 iyun 2002, Asker[d], Akersxus[d]) — Türinq mükafatı laureatı Norveçli alim. OleYohan Dal 12 oktyabr 1931-ci ildə gəmi kapitanı ailəsində Mandalda (Norveç)də anadan olmuşdur. Ondan başqa, ailə iki övladı var idi. Hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış norveçli alim OleYohan Dal 2001-ci ildə Kristen Nyuqordla (Kristen Nygaard) birgə "Simula 1" və "Simula 67" proqramlaşdırma dillərinin yaradılması zamanı obyektyönümlü proqramlaşdırmanın inkişafına təkan verən ideyalarına görə Türinq mükafatına layiq görülmüşdür. Святого Олафа medalı — 2000 Орден_Святого_Олафа Türinq mükafatı — 2001 [1] IEEE John von Neumann Medalı — 2001 Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Yohan Kristian Dal
Yohan Kristian Dal (norv. Johan Christian Klausson Dahl; 24 fevral 1788[…], Bergen – 14 oktyabr 1857[…], Drezden) — Norveç boyakarı, qrafiki, Norveç milli peyzajının yaradıcısı. Norveç rəssamlıq məktəbinin banisi hesab edilən Yohan Kristian Dal (1788-1857) kasıb ailədə böyüdüyünə görə uşaqlıqda yaxşı təhsil ala bilməmişdir, amma onun çox istedadlı olduğunu görən yerli dyaçok (dyaçok- provaslavlarda ruhani rütbəsi olmayan kilsə xadiminə deyilir) Yohana pulsuz dərs deməyə başlayır. Dyaçok elə fikirləşirdi ki, Yohan da böyüyəndə onun kimi kilsədə işləyəcək, keşiş olacaq, amma Yohan ancaq rəsm çəkmək istəyirdi, başqa heç nə. Bunu görən dyaçok gənc Yohanın rəsm dərsləri almasının qeydinə qalır. Bir müddət keçdikdən sonra 15 yaşlı Yohan öz dövrünün tanınmış rəssamı Yohan Georg Müllerin yanına gedib 1803-1809-cu illər ərzində ondan dərs alır. Yohan Kristian Dal 1809-cu ilə kimi Bergendə tanınmış rəssam Yohan Georg Müllerin yanında fərdi dərslər almışdır. Bundan sonra o, artıq müstəqqil formada işləməyə başlamış və çəkdiyi rəsmlər Bergenin varlı adamları tərəfindən müsbət qiymətləndirilmişdir. Amma bu onun üçün az idi, Yohan ali təhsil almaq istəyirdi. Odur ki, Bergen kafedral məktəbinin müəllimi Lüder Sagen Y.K.Dalın Kopenhagen İncəsənət Akademiyasında təhsilini davam etdirməsi üçün şəhərin varlı ailələrindən ianə toplamağa başlayır.
Yon-Dal Tomasson
Yon Dal Tomasson (dan. Jon Dahl Tomasson; 29 avqust 1976, Kopenhagen) — Danimarkalı keçmiş futbolçu, hücumçu mövqeyində oynayıb. İki Dünya Çempionatının və iki Avropa Çempionatının iştirakçısıdır. 52 qolla o, Pol Nilsenlə birlikdə Danimarka millisi tarixinin bombardiridir. 2013-cü ilin dekabrından 2014-cü ilin mayına kimi Hollandiyanın "Roda" klubunun baş məşqçisi olub. 2015-ci ilin iyun ayından 2016-cı ilə kimi "Vitesse" klubunda köməkçi məşqçi vəzifəsində çalışıb . 2016-cı ilin martından 2020-ci ilin yanvarına kimi Danimarka millisində baş məşqçi köməkçisi olub. Hazırda o, İsveçin "Malmö" klubuna rəhbərlik edir. Tomasson beş yaşında Köqe şəhəri yaxınlığında yerləşən uşaqlardan ibarət "Solröd" klubunda futbol oynamağa başlayır. Doqquz yaşında o, bölgənin ən böyük klublarından biri olan "Köqe" klubuna keçir.
Yon Dal Tomasson
Yon Dal Tomasson (dan. Jon Dahl Tomasson; 29 avqust 1976, Kopenhagen) — Danimarkalı keçmiş futbolçu, hücumçu mövqeyində oynayıb. İki Dünya Çempionatının və iki Avropa Çempionatının iştirakçısıdır. 52 qolla o, Pol Nilsenlə birlikdə Danimarka millisi tarixinin bombardiridir. 2013-cü ilin dekabrından 2014-cü ilin mayına kimi Hollandiyanın "Roda" klubunun baş məşqçisi olub. 2015-ci ilin iyun ayından 2016-cı ilə kimi "Vitesse" klubunda köməkçi məşqçi vəzifəsində çalışıb . 2016-cı ilin martından 2020-ci ilin yanvarına kimi Danimarka millisində baş məşqçi köməkçisi olub. Hazırda o, İsveçin "Malmö" klubuna rəhbərlik edir. Tomasson beş yaşında Köqe şəhəri yaxınlığında yerləşən uşaqlardan ibarət "Solröd" klubunda futbol oynamağa başlayır. Doqquz yaşında o, bölgənin ən böyük klublarından biri olan "Köqe" klubuna keçir.
Dal Riada krallarının siyahısı
Dal Riada və ya Dalriada (ortagel: Dál Riata) — erkən orta əsrlərdə Şotlandiyanın qərb sahillərini (müasir Arqayl-end-Büt və Haylendin cənub əraziləri, eləcə də Xarici Hebrid adaları) və İrlandiyanın şimalını (indiki Antrim qraflığının əraziləri) idarə etmiş tarixi gel krallığı. Krallığın əsas yaşayış məntəqəsi Dunadd qalası idi. Dal Riada və şotland tayfaları (Tuat) haqda ilk məlumat 314-cü ildə verilir. V əsrin axırlarında Dal Riadanın İrlandiya qisminin əhalisi çoxalmışdı, buna görə də irlandlar Dal Riadanın Böyük Britaniya qisminə köçdülər. Bu ərazi Şotlandiya Dal Riadası olaraq bilinir. 843-cü ildə Dalriada kralı Kennet mak Alpin Piktaviyanı ihlaq etmiş, Şotlandiya krallığını qurmuşdur. == Etimologiya == Dál Riata adı qədim irland dilindən törəyib. Dál ingilis dilindəki Dole, alman dilindəki Teil, fransız dilindəki Taille, italyan dilindəki Taglia və latın dilindəki Tāliō sözləriylə eyni mənanı kəsb edir. Söz pay, hissə, qisim mənasını verir (burada: "torpağın bir qismi"). Riata və ya Riada şəxs adı olduğuna inanılır.
Dal üzük-çalovabənzər əzələ
Dal üzük-çalovabənzər əzələ (lat. musculus cricoarytenoideus posterior) — qırtlağın əzələsi. Dal üzük-çalovabənzər əzələlər qırtlaqdakı kiçik, cütləşmiş daxili əzələlərdir, krikoid qığırdaq arasında qırtlaqdakı aritenoid qığırdaqlara qədər uzanır.
Ed (Dal Riada kralı)
Ağ Ed (ing. Áed the White), Ed mak Exdax (şot.kelt Áed mac Echdach), Ed Find (şot.kelt Áed Find; VIII əsr – 778) — Dal Riada kralı (768–778). == Həyatı == Ağ Ed 733-cü ildə vəfat edən III Eoxaydın oğlu idi. Atasının ölümündən çox keçməmiş Dal Riada krallığı piktlərdən asılı vəziyyətə düşmüşdür. Ağ Ed haqda ilk məlumat 768-ci ilə təsadüf edir. "Olster annalları" əsərinə görə, Ağ Edin ordusu ilə pikt kralı I Kiniodun ordusu arasında bir döyüş baş vermişdir. Bu dövrdə Dal Riada özünü piktlərdən azad etmişdir. "Alba krallarının salnaməsi" əsəri Ağ Edin bir çox qanunlar qəbul etdiyini və bu qanunların I Domnallın (Donald) hakimiyyəti dövründə bütün Şotlandiyaya şamil edildiyi haqda məlumat verir, ancaq bu qanunların məzmunu naməlumdur. Ağ Ed 778-ci ildə vəfat etmişdir və Dal Riada taxtını qardaşı II Fergüsə buraxmışdır. == Mənbə == === Ədəbiyyat === Anderson, Alan Orr.
Evaristo Feliçe Dal Abako
Evaristo Feliç Dal Abako (it. Evaristo Felice Dall'Abaco; 12 iyul 1675[…], Verona, Veneto – 12 iyul 1742[…], Münxen) — İtaliya barokko bəstəkarı, skripkaçı və violonçel ifaçısı. == Həyatı == Evaristo Feliç Dal Abako 12 iyul 1675-ci ildə İtaliyanın Verona şəhərində anadan olmuşdur. O, ilk növbədə Cuzeppe Torellinin, sonra isə Tomazo Antonio Vitalinin tələbəsi olmuşdur. Abako 1704–1715-ci illərdə Bavariya kürfüstünün sarayında musiqiçi kimi çalışmış, onunla birlikdə Brüsselə səfər etmiş, 1715-ci ildə isə sarayın konsert ustası olmuşdur. Simli alətlər və "basso continuo" (fasiləsiz bas) üçün iyirmi dörd "camera" (kameralı) sonata, on "concerti da chiesa" (kilsə konserti), on iki "a tre" (üçlü) sonata və on iki "concerti à più istrumenti" (bir çox alətlər üçün konsert) bəstələmişdir. O, bu əsərlərində italyan, fransız və alman ənənələrini birləşdirmişdir. == Nəşr olunmuş əsərləri == Opus 1:12 Sonate da Camera, skripka, violonçel və ümumi bas üçün (basso continuo) Opus 2: 12 Concerti à quattro da Chiesa Opus 3: 12 Sonate da Chiesa à tre Opus 4: 12 Sonate da Camera skripka və violonçel üçün Opus 5: 6 Concerti à più Istrumenti Opus 6: 12 Concerti à più Istrumenti Serenata à 4 voci construmenti Köln kürfürstü Klement Avqustun ad günü üçün bəstələnmişdir. == İstinadlar == == Xarici keçidlər == Биография на hoasm.org (ing.) Биография в Музыкальной энциклопедии Биография в энциклопедии Treccani.
Mariya Viktoriya dal Pozzo
Mariya Viktoriya dal Pozzo (it. Maria Vittoria Carlotta Enrichetta Giovanna dal Pozzo della Cisterna) (9 avqust 1847, Paris, Fransa – 8 noyabr 1876, San-Remo, İtaliya krallığı) — İtalyan əsilzadəsi və İspaniya kralının xanımı. == Mənbə == de Badts de Cugnac, Chantal. Coutant de Saisseval, Guy. ‘’Le Petit Gotha’’. Nouvelle Imprimerie Laballery, Paris 2002, p.
Paolo dal Pozzo Toskanelli
Paolo Toskanelli (tam adı it. Paolo dal Pozzo Toscanelli; d. 1397, Florensiya – ö. 10 may 1482) — İtalyan alimi; məşhur riyaziyyatçı, astronom və coğrafiyaçı Paolo Toskanelli nəinki Apennin yarımadasında yerləşən krallıqlarda, hətta bütün Avropada alimlər arasında nüfuz sahibi sayılırdı. O, Yer planetinin kürə şəklində olmasının tərəfdarı idi. O, Hindistana qərb yolu ilə gedib çatmaq ideyasını irəli sürmüş, humanist Nikkolo Nikkolini tərəfindən əhalinin ümumi istifadəsi üçün yaratdılmış kitabxananın qoruyucusu və rəhbəri olmuşdur. Alim astronomik XIII əsrə aid "Alfonso cədvəli"ndə astrologiya elemetlərinin tənzimlənməsi və düzəlişini etmişdir. Doktor Dominik Toskanellinin oğlu olan Paolo 1397-ci ildə Florensiyada anadan olmuşdur. Həm riyaziyyatçı, həm də tibb doktoru kimi Padua Universitetindən məzun olmuşdur. Portuqal kralı V Alfonsa Yerin kürə şəkildə olmasını və Hindistana qərb yolu ilə getməyin mümkünlüyünü Paolo Toskanelli belə bildirmişdir: "Mən bilirəm ki, Yer kürə şəklində olan halda bu yolun mövcudluğu təsdiq oluna bilər.
Mariya Vittoriya dal Posso
Mariya Viktoriya dal Pozzo (it. Maria Vittoria Carlotta Enrichetta Giovanna dal Pozzo della Cisterna) (9 avqust 1847, Paris, Fransa – 8 noyabr 1876, San-Remo, İtaliya krallığı) — İtalyan əsilzadəsi və İspaniya kralının xanımı. == Mənbə == de Badts de Cugnac, Chantal. Coutant de Saisseval, Guy. ‘’Le Petit Gotha’’. Nouvelle Imprimerie Laballery, Paris 2002, p.
I Domnall (Dal Riada kralı)
I Domnall (şot.kelt Domnall I, ing. Donald I), Domnall mak Exdax (şot.kelt Domnall mac Echdach), Domnall Brekk (şot.kelt Domnall Brecc), I Çilli Domnall (ing. Donald The Freckled; VII əsr – 642) — Dal Riada kralı (629–642). == Həyatı == I Domnall I Eoxaydın oğlu idi. Onun adı tarixi mənbələrdə ilk dəfə 622-ci ildə qeyd edilmişdir. O, Konall Qutbinn ilə birlikdə bir döyüşdə qalib olmuşdur. 629-cu ildə atasının ölümündən sonra Dal Riada kralı olan I Domnall İrlandiya klan rəhbəri Kenel Konayll ilə olan ittifaqını pozmuş, ona hücum etmişdir. I Domnall 637-ci ildə Olster kralı Yalançı Konqal ilə birlikdə Domnall mak Edo rəhbərliyindəki koalisiyaya Maq Rot döyüşündə məğlub olmuşdur. Domnall mak Exdax 635-ci ildə və daha sonra 638-ci ildə piktlərə məğlub olmuşdur. Əlavə olaraq, Domnall Brekk Alt Klut kralı Euqeyn ap Beliyə Stratkarron döyüşündə məğlub olmuşdur.

Digər lüğətlərdə